26 May 2015 12:17
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri Devid Kemeron Suriya böhranı ilə bağlı dialoqun bərpası barədə razılığa gəliblər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Putinlə Kemeron telefon danışığı zamanı müzakirə aparıblar. Dialoqun bərpası ilə bağlı danışıqlar milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində aparılacaq.

Yayılan məlumatda bildirilib ki, Birləşmiş Krallıq və Rusiya İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizədə Dəməşq hökumətinə yardım etmək niyyətindədir.

Samir


Müəllif: