Türkiyədə kənddə yaşayan qız 8 yaşından 15 yaşına kimi dəfələrlə təcavüzə məruz qalıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.A. ilk dəfə 8 yaşında sinif yoldaşının təcavüzünə məruz qalıb. Bütün kəndin səssiz qaldığı vəhşiliklə bağlı məhkəmədə müttəhimlərə 22 ilə qədər həbs cəzası tələb olunub.
"Taraf" qəzetinin məlumatına görə, S.A-ya yaşları 14 ilə 70 arasında dəyişən 20 nəfər 7 il ərzində yüz dəfələrlə təcavüz edib. O, hadisəni danışdığı doğma qardaşı tərəfindən də təcavüzə məruz qalıb.
S.A-nın yanına gələn hər bir kişi "Onunla olmusan, mənimlə də olacaqsan" deyə təhdid edərək cinsi istismarı davam etdirib.
Silsilə təcavüzlərin üstü 2013-cü ildə jandarm əməkdaşları iki kənd arasında keşik çəkərkən açılıb. Kənd sakinləri ilə söhbət edən jandarm əməkdaşları şahdlərin dedikləri əsasında araşdırmaya başlayıblar.
S.A. ifadəsində ibtidai məktəbin 2-ci sinifində ikən cinsi təcavüzə məruz qalıdığını qeyd edib. O, heç bir cinsi münasibətin öz razılığı ilə olmadığını və bunu bütün kənd sakinlərinin bildiyini deyib.
Məhkəmə qarşısına çıxarılan 9 müttəhim barəsində "cinsi istismar"a görə 12 ildən 22 ilə qədər həbs cəzası tələb olunub. Digər 11 şübhəlinin isə yaşları az olması səbəbindən cinayət işləri umumi işdən ayrı aparılır.
Rüstəm