Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da yayımlanan “New-York Times” qəzetini sərt tənqid edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, qəzeti Türkiyənin daxili işlərinə qarışdığını bildirib.
Ərdoğan qeyd edib ki, “New-York Times” Türkiyə haqqında yalan məlumat verir və bununla da jurnalistikanın prinsiplərindən kǝnara çıxır. O, bu kimi halların qəbuledilməz olduğunu deyib və jurnalistləri belə məsələlərdə diqqətli olmağa çağırıb.
Samir