23 May 2014 11:33
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti Manisa vilayətində yerləşən mədənlərin fəaliyyətini tam dayandırır. Energetika və Təbii sərvətlər naziri Taner Yıldızın sözlərinə görə, Soma faciəsindən sonra mədənlər müvəqqəti işləri dayandırsa da, hökumətin qərarına əsasən, bölgədəki bütün mədənlərin fəaliyyəti tamamilə qapanır.

“Soma faciəsi də, mədənlərin bağlanması da ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq. Lakin hökumət bu qərarı veribsə, deməli belə lazımdır”, - deyə, Yıldız bildirib.

Xatırladaq ki, Türkiyənin Manisa vilayətində yerləşən Soma şəhərindəki kömür mədənlərinin birində may ayının 13-də baş verən partlayış nəticəsində 301 nəfər həlak olub, daha 486 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ülviyyə


Müəllif: