Nigeriyanın Benue ştatında naməlum şəxslərin bir neçə kəndə hücumu nəticəsində 100-dən çox insan ölüb.
Hücum edənlərin hərbi geyimli fulani çobanları olduğu ehtimal edilir.
Öldürülənlərin əksəriyyəti qadın, uşaq və yaşlılardır.
Qeyd edək ki, Nigeriyada köçəri heyvandarlıqla məşğul olan fulanilər və oturaq həyat tərzi keçirən kəndlilər arasında düşmənçilik daimi xarakter daşıyır.