23 May 2014 11:47
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbas” xüsusi təyinatlı taborunun əsgərləri mühasirədən çıxmağa nail olublar.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, əsgərlərin yarısı yaralıdır.

Əksəriyyəti çoxlu qan itirib. Yaralılar Krasnoarmeysk şəhərində qurulan hərbi blokposta aparılıb.
Bu barədə batalyonun komandiri Semyon Semençenko Facebook səhifəsində yazıb.

“Mühasirəyə alınmış qrupla bütün əlaqələr kəsilib. Əsgərlərin patronları bitir. Onlara yaxınlaşmaq mümkün deyil – snayperlər binanı hədəfə alıb. ZTR-ə ehtiyac var”, - deyə, o sosial şəbəkədə yazıb.

Teleqraf.com


Müəllif: