27 May 2015 08:38
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri yeni triller filmdə aparıcı rola çəkildiyini bəyan edib.

Ramzan Kadırov şəxsi İnstaqram səhifəsində prodüserlərlə uzun-uzadı danışıqlardan sonra "Anlamayanlar anlayacaqlar" adlı triller filmdə çəkildiyini bildirib.

Kadırovun yazdığına görə filmin bəzi epizodları artıq lentə alınıb. Onun təbirincə ulduz aktyorların çəkildiyi filmi tanınmış Hollywood film direktoru çəkir. "Müəlliflər bu filmin böyük uğur qazanacağına əmindilər", Kadyrov bildirib.

Filmin treyleri Youtub-da nümayiş etdirilib. Kadırovun yolu kino aləmi və kino ulduzları ilə ilk dəfə deyil ki kəsişir.

2013-cü ildə o, İnstaqramda məşhur aktyorlar Elizabeth Hurley və Gerard Depardieu ilə Qroznıda çəkdirdiyi fotolarını İnstaqramda dərc etdirmişdi.

Bundan 2 il əvvəl isə Ramzan Kadırov məhur futbolçu Diego Maradona və digər futbol ulduzları ilə birgə Çeçenistanda təşkil edilmiş futbol matçında iştirak edib və həmin hadisədən bəhs edən fotoları İnsatqramda yerləşdirmişdi.

Ramzan Kadırovun triller filmdə çəkildiyi xəbərindən bir gün əvvəl keçmiş neft oliqarxı Mixail Xodorkovskinin “Otkrıtaya Rossiya” təşkilatınıln Kadırova və onun Putinlə münasibətlərinə həsr olunmuş “Ailə” filmin çəkildiyi barədə xəbər yayılmışdı.

Ramzan Kadırovun mətbuat xidməti filmdə səslənmiş iddialara hələlik münasibət bildirməyib.


Müəllif: