Türkiyənin tanınmış din adamı, fərqli üslubu və deyimləri ilə məşhur olan Cübbəli Əhməd yenidən gündəmə gəlib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cübbəli Əhməd şeirləri və mahnılarında Allaha isyan edən sənətçilər və şairləri kəskin tənqid edib.
Cübbəli “namərd fələk”, “ədalətin harada?”, “üsyanım tanrıyadır” ifadələri yer alan şeirləri yazan şairlərin, bu şeirləri bəstələyən və oxuyan müğənnilərin, həmçinin onları dinləyənlərin cəhənnəmlik olduğunu bildirib.