İŞİD terror qruplaşması Iraq ordusuna ağır zərbələr endirib.
ANS PRESS-in məlumatına görə, terrorçular Ənbar əyalətində İraq hərbçilərinə qarşı bir neçə hücum həyata keçiriblər. Son məlumata görə, bu hücumlar nəticəsində 80-dən çox hərbçi həlak olub.
Partlayışlar İraq hökumətinin yaraqlıları əyalətdən çıxarmaq üçün irimiqyaslı hücumlara başlandığını elan etməsindən bir neçə saat sonra törədilib.
İraq hərbi qüvvələrinin nümayəndəsinın sözlərinə görə, yaraqlılar qum fırtınasından istifadə edərək bir neçə istiqamətdən hücuma keçiblər. “Əl-Ərəbiyə” telekanalı 9 minalanmış avtomobilin təhlükəsizlik qüvvələrinin və şiə yaraqlılarının yerləşdiyi hərbi hissələrin nəzarət-buraxılış məntəqələrinin önündə partladıldığı barədə məlumat yayıb. Nəticədə 80-dən çox əsgər həyatını itirib, onlarla hərbçi yaralanıb.
Hazırda hökumət qüvvələri əyalətin inzibati mərkəzi olan Ramadi şəhərini İŞİD-dən geri almağa çalışır.