28 May 2015 01:23
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza ABŞ-ın dövlət katibi Con Kerrinin Soçidə prezident Vladimir Putinlə görüşünə sərt reaksiya verib. Musavat.com-un məlumatına görə, bu barədə o, “Amerikanın səsi” (rus.) radiosuna müsahibəsində deyib.

Brayza belə bir sual səsləndirib: “Rusiyanın dəhşətli işğalının daha neçə simvolu stol üstündə olmalıdır ki, ABŞ dövlət katibi Rusiyanı bu səviyyədə səfərlə mükafatlandırmasın?”

“Kerrinin Soçi səfəri zamanı yaranmış rüsvayçı vəziyyəti şərh eləmək istəyirəm. Dövlət katibi faktiki, Soçiyə - Stalinin bağ evinə çağırılmışdı. Putinin bu qərarı çox güclü simvolik çalar daşıyır: Rusiyaya qarşı başlamış sanksiyaları saxlamağın qəliz olduğu vaxtda Putin dövlət katibini çağırır. O da səfərə razılaşır. Təyyarə Abxaziya ilə - Gürcüstanın Rusiya tərəfindən qanunsuz işğal edilmiş regionla sərhədindəki Adler aeroportunda yerə enir. Hələ biz ortada yerləşən Krım, Mariupol, Azov dənizi, Yalta haqda danışmırıq. Rusiyanın dəhşətli işğalının daha neçə simvolu stol üstündə olmalıdır ki, ABŞ dövlət katibi Rusiyanı bu səviyyədə səfərlə mükafatlandırmasın?”, – deyə Brayza sərt etirazını bildirib.


Müəllif:

Oxşar xəbərlər