ABŞ-ın Sakit okeanda əməliyyatı dayandırmaq çağırışına cavab verən Çin rəhbərliyi Cənubi Çin dənizində süni adalar inşa etmə haqqı olduğunu bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq açıqlama verib. Onun sözlərinə görə, başqa ölkələr Çinin daxili işlərinə qarışa bilməz:
“Heç kəs Çinə öz torpaqlarında nə edəcəyini söyləməyə haqqı yoxdur. Vaşinqton bölgədə problem yaratmaq istəyir”.
Rəsmi Vaşıinqton isə Çini süni adalar inşa etmək fikrindən daşınmağa çağırıb.
Qeyd edək ki, Tayvan, Çin, Malayziya, Vyetnam və Filippin neft, təbii qaz və balıqçılıq baxımından zəngin qaynaqlara malik olan Cənubi Çin dənizindəki adalarda haqlarının olduqlarını iddia edirlər.
Samir