29 May 2015 17:29
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə sevgilisini kölə halına salaraq, ona işgəncələr verən qadın 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 43 yaşlı Zəkiyyə Medkour adlı qadın 37 yaşlı Maksim Qagetlə 2007-ci ildə internetdə tanış olub və bir neçə aydan sonra sevgilisi onun Parisdəki mənzilinə köçüb. Lakin o, tezliklə işini itirib və qadın onun bütün kredit kartlarını və kimlik sənədlərini əlindən alıb. Bundan sonra Qagetin pis günləri başlayıb. Qadın sevgilisinin bədənində siqaret söndürüb, qabyuyan süngərləri udmağa və pəncərə təmizləyən məhlulları içməyə məcbur edib.

Qadın onu şikayət edəcəyi təqdirdə polisə pedofil olduğu barədə məlumat verəcəyi ilə hədələyib, bayır qapısının ağzında, döşəmənin üstündə yatmağa məcbur edib. Ona hamam otağından istifadə etmək də qadağan edilib.

Qageti nəhayət, bu zülmdən valideynləri xilas ediblər. Onlara oğullarının düşdüyü vəziyyətlə bağlı Zəkiyyənin qardaşı xəbər verib.

Xilas olduqdan sonra xəstəxanada Gagetin üzərində 8 cərrahiyyə əməliyyatı aparılıb.

Hakim məhkəmə qarşısında hərəkətlərini etiraf edən qadına 18 ay həbs və 200 min avro cərimə hökmü çıxarıb.

Samir


Müəllif:

Oxşar xəbərlər