Türk əsilli Belçikalı millət vəkili Mahinur Özdəmir 1915 ci il hadisələrinə “soyqırım” demədiyi üçün üzv olduğu Demokratik Humanist Mərkəz Partiyasından xaric edilib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən , M.Özdəmir partiya tərəfindən 1915 ci il hadisələrini “soyqırım” kimi qəbul edilməsinə öz fikrini bildirərək, o vaxt yaşananların soyqırım olmadığını bildirib və bundan sonra partiya üzvlərinin kəskin etirazı ilə üzvləşib.
M.Özdəmir qedy edib ki, hər kəsin öz fikrini açıq şəkildə ifadə etmək haqqı var və o bu haqından istifadə edərək 1915-ci il hadisələrini “soyqırımı” kimi əsla qəbul etmir.