30 May 2015 11:29
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük yeddiliy”in növbəti sammitində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bildirib. Onun sözlərinə görə, Rusiya bundan sonra da Ukraynanın ərazi bütövlüyünün pozulması səbəbindən öz hərəkətlərinə görə müxtəlif qadağalarla üzləşəcək.

Sammit iyunun 7-8-də Almaniyanın Bavariya şəhərində yerləşən Elmay qəsrində keçiriləcək.

Qeyd edək ki, mayın əvvəlində Avropa Parlamentinin xarici işlər üzrə komitəsi sanksiyaların sərtləşdirilməsinin zəruriliyi barədə qətnamə qəbul edib.

Samir


Müəllif:

Oxşar xəbərlər