Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar iki avtobusa hücum ediblǝr.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisǝ zamanı 20 nǝfǝr ölüb. Yerli mənbələrin məlumatına görə, Karaçi şǝhǝrinǝ getmǝk üçün Bǝlucistan ǝyalǝtinin paytaxtı Kettadan yola düşǝn iki sǝrnişin avtobusu namǝlum şǝxslǝr tǝrǝfindǝn Khad Kuç bölgǝsindǝ saxlanılıb.
Bǝlucistan ǝyalǝtinin Daxili İşlǝr naziri Serfiraz Bugti avtosbuslarda neçǝ sǝrnişinin olduğu haqqında mǝlumatın olmadığını, ölü sayının arta bilǝcǝyindǝn narahat olduqlarını bildirib.
Samir