23 May 2014 14:11
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Ukraynadakı seçkilərin nəticələrini tanıyıb-tanımaması seçkinin harada və necə keçiriləcəyindən asılıdır".

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

"Biz seçkilərin harada və necə keçiriləcəyinə diqqət edəcəyik. Əsas məsələ seçki, kimin seçiləcəyi deyil. Əsas məsələ seçkidən sonra Konstitusya islahatlarnın necə keciriləcəyidir. Məntiqlə daha düz olanı budur ki, səs verməyə gedən insanlar onları gələcəkdə nə gözlədiyini - ölkəyə kimin başçılıq edəcəyini deyil, ölkənin taleyinin necə olacağını, dil və federallaşma məsələsinin necə həll ediləcəyini başa düşsünlər. Bu, vacibdir, ancaq hələ ki başa düşülmür", - İvanov deyib.

Nihad


Müəllif: