23 May 2014 14:11
648

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Somadan gələn 10 mədənçini qəbul edib.

Avropa.info-nun məlumatına görə, baş nazir mədənçilərlə görüşdükdən sonra nazirlərə təlimat verib.

Ərdoğanın qəbulunə gələn mədənçilər "Təzminatımız batmasın deyə mədəndəki problemlərdən danışa bilmirik"- deyiblər. Bundan sonra Ərdoğan enerji və təbii sərvətlər naziri Taner Yıldız və Əmək naziri Faruk Çelikə mədənçilərin təzminatlarına təminat verilməsi haqda göstəriş verib.

Mədənçilər Sendikanın (İşçilərin hüququnu qoruyan idarə) da işçini yox müdürü müdafiə etdiyini deyiblər.

Somadan gələn işçilər daha sonra CHP, MHP və HDP-yə də gedərək problemlərini danışıblar.


Müəllif: