Rusiya prezidenti Vladimir Putin FİFA-nın prezidenti Yozef Blatteri yenidən bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.
"Report" xəbər verir ki, bu haqda Kremlin saytı məlumat yayıb.
Rusiya lideri vurğulayıb ki, ölkəsi gələcəkdə də FİFA ilə sıx və konstruktiv əməkdaşlıq edəcək: "2018-ci ildə keçiriləcək dünya çempionatı qabağı bu əməkdaşlıq çox vacibdir".
Qeyd edək ki, 2018-ci ildə futbol üzrə dünya çempionatı Rusiyada keçiriləcək.