31 May 2015 17:39
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD döyüşçüləri Suriyanın Palmira şəhərində həbsxananı partladıb.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, bu həbsxana Suriya prezidenti Bəşər Əsəd və onun atası Hafiz Əsəd rejiminin cinayətlərini simvolizə edir.

Bu həbsxanada siyasi məhbuslar saxlanılıb, onlara işgəncə verilib, bəziləri isə öldürülüb.

İŞİD-çilər həbsxanaya hücumdan sonra məhbusları buraxıblar. Digər məlumatlara görə isə hökumət qoşunları geri çəlilərkən bəzi məhbusları da özləri ilə aparıblar.

İŞİD Palmiranı ötən həftə işğal edib. Və bundan sonra burada görk məqsədilə suriyalı hərbçilər edam olunublar. Şəhər İŞİD döyüşçüləri tərəfindən işğal olunduqdan sonra burada yüzlərlə insan öldürülüb.

Nihad


Müəllif:

Oxşar xəbərlər