ABŞ dövlət katibi Con Kerri Cenevrə şəhərində hospitala yerləşdirilib.
Teleqraf.com-un xəbərinə görə, buna onun Fransanın Alp dağlarındakı Şamoni kurortu yaxınlığında gəzinti zamanı velosipeddən yıxılması səbəb olub.
Xəbərə görə, 71 yaşlı Kerrinin səhhəti normaldır. O, huşunu itirməyib, lakin ayağını zədələyib. Kerrini vertolyotla Cenevredəki xəstəxanaya yerləşdiriblər.
Nihad