Suriyanın şimal-şərqində xəstəxanada baş vermiş yanğın nəticəsində ən azı 25 nəfər ölüb, onlardan çoxu uşaqdır.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Suriya-Türkiyə sərhədindəki Qamışlı şəhərində baş verib.
Yanğın xəstəxanadakı yanacaq deposunun partlamasından sonra baş verib.
Yanğından təqribən 30 nəfərin xəsarət aldığı bildirilir.
Partlayışın səbəbi bilinmir.