Suriyanın şimalında İŞİD terror qruplaşmasına sədaqət andı içən silahlılar yeni ərazilər ələ keçirə biliblər. Musavat.com-un verdiyi xəbərə görə, onlar əvvəllər rəqabətdə olduqları “Şam cəbhəsi”nin ələ keçirdiyi Soran Aziz şəhərini və ona qonşu iki kəndi nəzarət altına alıblar.
Beləcə, İŞİD-çilərin mövqeyi tədricən Türkiyə sərhədlərinə yaxınlaşır.
İŞİD dəstələrinə qarşı olan könüllülər ittifaqı etiraf edib ki, onların geri çəkilməsi nəticəsində həyati vacib yüklərin çatdırılması marşrutları təhlükə altına düşüb.