23 May 2014 14:56
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçnistanın rəhbəri Ramzan Kadırov Rusiya jurnalistlərinə qahmar çıxıb.

ANS PRES-in məlumatına görə, Ramzan Kadırov özünün İnstaqram səhifəsində LifeNews telekanalının jurnalistləri Oleq Sidyakin və Marat Sayçenkonun Ukraynada Kramatorsk ətrafında saxlanmasına sərt etiraz edib. R.Kadırov bildirib ki, rəsmi Kiyev həmin jurnalistləri qollarında qandal və başlarına torba keçirilmiş halda saxlayırlar.

“Rəsmi Kyev hətta BMT-nin və ATƏT-in mətbuat nümayəndələrini azad etmək çağırışılarına da məhlə qoymur. ABŞ isə , elə bil ki, bütün bunlar haqqında heç nə bilmir. Əgər Kiyev jurnalistləri evə qaytarmaq haqqında düşünməsə, biz baş verənləri sakit seyr etməyəcəyik. Bizim jurnalistləri azad etmək üçün real gücümüz və imkanımız var. Ona görə də məsləhət görürük ki, jurnalistləri azad edin, yoxsa ki, biz sərt davranacağıq!”, Ramzan Kadırov bildirib.


Müəllif: