1 İyun 2015 11:48
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın New York ştatında ənənəvi İsrail mədəniyyət yürüşü təşkil edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yürüşə minlərlə yəhudi qatılıb. Onlar İsrail səfirliyinin qarşısına doğru hərəkət ediblər.

Eyni zamanda bir qrup israilli isə əllərində Fələstin bayrağı tutaraq, İsrail hökumətinə etiraz ediblər.

Etirazçılar İsrail dövlətinin yəhudilər üçün utanc verici olduğunu və onları təmsil etmədiyini söyləyib. İki qrup arasında qarşıdurmaların qarşısını almaq üçün şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Samir


Müəllif: