1 İyun 2015 15:26
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu müstəqil Fələstin dövlətinin yaradılmasına tərəfdar olduğunu deyib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, o, rəsmiləri qeyd-şərtsiz şəkildə danışıqlara başlamağ çağırıb. Netanhayu bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşü zamanı səsləndirib: “Mən hesab edirəm ki, uzumüddətli sülhə nail olmaq üçün iki xalq üçün iki müstəqil dövlət yaradılmalıdır. Bunun üçün də Fələstin dövləti Yəhudi milli dövlətini tanımalıdır”.

Görüş zamanı Qəzza sektorunda vəziyyətin nizamlanması perspektivləri də müzakirə olunub. Netanyahu yenə də Fələstin hakimiyyətini danışıqlar prosesində yayınması ilə bağlı ittiham edib.

Hazırda Ştaynmayer Fələstin rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qəzzaya səfər edəcək.

Qeyd edək ki, Fələstin baş naziri Rami Hamdalla fələstinlilərin 1967-ci il sərhədləri boyunca paytaxtı Şərqi Qüds olmaqla dövlət yaardacağını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər