1 İyun 2015 22:55
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə ən acı məğlubiyyətini Mosulda alıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İraq Baş naziri Heydər Əl-Abadi açıqlayıb. Onun sözlərinə görə, İŞİD təkcə Mosulda 2300 ədəd “Humwee” markalı zirehli avtomobil ələ keçirib.

Abadi qeyd edib ki, İraq hazırda ABŞ-dan 1000 ədəd yeni “Humwee” markalı yeni avtomobil almaq istəyir. Bunun üçün iraq Vaşinqtona 579 milyon dollar ödəməlidir.

Samir


Müəllif: