1 İyun 2015 18:59
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də gecə saatlarında Əfqanıstanın şərqində - Nanqahar əyalətinin Cəlalabad şəhərində polis nəzarət məntəqəsinə hücum nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, bunu Nanqahar əyaləti polsi idarəsinin rəisi Fazil Əhməd Şirzad bildirib.

Onun sözlərinə görə, atışma 4 saata yaxın davam edib. Basqınçılardan 5-i öldürülüb, biri isə həbs olunub.
Əfqanıstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib ki, hadisə nəticəsində 11 polis və 5 dinc sakin yaralanıb.

Polis məntəqəsinə hücumun məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürüb.


Müəllif:

Oxşar xəbərlər