BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində 6400-dən çox adam ölüb.
Təşkilatın iyunun 1-də yaydığı hesabata görə, ölənlərdən azı 626 qadın və qızdır. Bundan başqa 15900-dən çox adamın yaralandığı bildirilir.
Amma sənəddə bildirilir ki, bu rəqəmlər göstərildiyindən xeyli çox ola bilər.
Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günühlandırır.
Moskva ittihamı rədd edir.