2 İyun 2015 08:18
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şərqində Yantsı çayında göyərtəsində 400 sərnişinin olduğu gəmi qəzaya uğrayıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, “Şərq Ulduzu” adlı çay gəmisi Hubey əyalətində batıb.

Gəminin Nankin-Çuntsin marşrutu ilə hərəkət etdiyi bildirilir. Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.


Müəllif: