İraqın Samarra və Fəllucə şəhərlərində intihar hücumları təşkil edilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisələr zamanı 82 nəfər ölüb, 88 dinc sakin isə yaralanıb.
Polis mənbələrindən verilən məlumata görə, ilk hücum Samarranın qərbindəki Əs-Sirsar bölgəsindəki silah anbarına edilib. Partlayış zamanı 45 nəfər həyatını itirib, 33-ü isə xəsarət alıb. Ölənlərin çoxu yüksək rübəli polis işçiləri olub.
Digər hücum Fəllucədəki hərbi hissələrdən birinə edilib. Nəticədə 37 nəfər ölüb, 55-i isə yaralanıb.
Partlayış zamanı 13 zirehli avtomobil də yararsız hala düşüb.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Samir