Uzunluğu 13 metr, eni 12 metr, çəkisi isə təxminən 700 kiloqram ağırlığında olan çərpələng tamaşaçıların üzərinə düşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada baş verən hadisə zamanı 4 nəfər yaralanıb. Onlardan biri 7 yaşlı uşaq, biri 73 yaşlı qoca, ikisi isə qadındır. Hadisənin dəqiq səbəbləri məlum deyil.
Faktla bağlı şəhər polis idarəsində araşdırmalar başlanılıb.
Samir