AKAStudy şirkətinin mühəndisləri müasir dövrün ən həssas elektron cihazlarından biri - Musio robotu üzərində çalışırlar.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, ilkin mərhələrə robotun uşaqlara dil öyrənmək üçün köməkçi funksiyasını yerinə yetirəcəyi nəzərdə tutulurdu. Ancaq iş prosesi zamanı məlum olub ki, robot sahiblərini smartfon və planşetlərdə yeni ismarışların gəlməsi barədə xəbərdar edə bilər. Bundan əlavə, Musio zarafatlar edir və suallara cavab verir. Mühəndislər funksiyaları ilə fərqlənən robotun müxtəlif versiyalarını buraxmağı planlaşdırırlar.
Ən ucuz Musi 99, ən zəngin funksiyaları olan versiya isə 599 ABŞ dollarına satılacaq.
Rüstəm