3 İyun 2015 08:55
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı turist qadın Cənubi Afrikada Şir parkında şirin hücumuna məruz qalıb.

Trend xarici KİV-lərə istinadən xbər verir ki, bədbəxt hadisə parkda tur zamanı baş verib. Qadın şirlərin olduğu parkda xüsusi qorunan avtomobillə hərəkət edərkən şirlərin şəklini çəkmək üçün avtomobilin pəncərəsini açıq qoyub.

Bu zaman şir avtomobilə bir metrə qədər yaxınlaşıb. Buna baxmayaraq qadın yenə də şirin şəklini çəkməkdə davam edib və bu zaman şir qəfil anda qadına hücum edib. Park işçiləri qadını şirin pəncəsindən qurtarsa da, o, ciddi xəsarətlər alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağrılıb, lakin qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.


Müəllif: