BBC-nin Pakistan müxbiri Ahmen Xavayan “Twitter” hesabından Kraliça II Yelizavetanın ölüm xəbərini yayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müxbir daha sonra “Kraliça II Yelizaveta Kral 7-ci Edvard Xəstəxanasında müalicə olunur” xəbərini paylaşıb. Bu xəbər beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanıb.
BBC-dən verilən açıqlamada müxbirin təlim zamanı səhvən belə bir məlumatı yazdığını bildirib. Verilən açıqlamaya görə, BBC müxbirlər üçün məhşurların ölüm xəbərinin yayılması ilə bağlı təlim keçirib. Xavayan da bu təlimdə iştirak edib.
Baş verən olaydan sonra Kraliça II Yelizaveta adı çəkilən xəstəxanaya baş çəkib. Krallıqdan verilən məlumatda kraliçanın tam sağlam olduğu deyilib.
Samir