4 İyun 2015 11:18
3 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üsyançılara müqavimət göstərə bilməyən Suriya prezidenti Bəşər Əsəd rejiminə İran və İraqdan yardım gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İran və İraq Suriyaya 7 min əsgər göndərib. Onların məqsədi Dəməşqi qorumaq və Cisr əs-Şuğur şəhərini “Əl Nusra” terror təşkilatından geri almaqdır. Bununla da Dəməşqdə Suriya ordusu və hökumət tərəfdarı olan hərbçilərin sayı 10 minə çatıb.


İranın “IRNA” agentliyinə açıqlama verən Suriya və İraqa yardımlara nəzarət edən İnqilab Mühafizəçilərinin lideri general Qasım Süleymanini məlumatı təsdiqləyib: “Yaxın günlərdə dünya İran və Suriya hərbi liderlərinin birgə istəklərinə təəccüblənəcək”.

Qeyd edək ki, Suriya ordusu aprelin 25-də Cisr əs-Şuğur şəhərinə nəzarəti itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər