4 İyun 2015 12:37
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyalı anti-islamçı siyasətçi Girt Vilders öz partiyasına ayrılmış televiziya vaxtında Məhəmməd Peyğəmbərin karikaturalarını göstərəcəyini bildirib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, o, bu addımı parlamentin karikaturaları öz binasında nümayiş etməkdən boyun qaçırdığı üçün atdığını deyib.

Vilders Azadlıq Uğrunda Partiyanın başçısıdır və o, tez-tez İslam dininə və kütləvi miqrasiyaya qarşı çıxır, “Quran”ın Hollandiyada qadağan edilməsinə çağırışlar edib.

Qeyd edək ki, ötən ay Texasda karikaturaların nümayiş etdirildiyi və Vildersin məruzəçi olduğu tədbirə iki silahlı şəxs hücum edib. Bir polisin yaralandığı hücumda, hər iki hücumçu öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər