4 İyun 2015 18:13
6 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi təyinatlı bölmələr ən güclü və dözümlü hərbi birləşmələrdir.

Onlar ən təhlükəli və yerinə yetirilməsi mümkün olmayan tapşırıqların öhdəsindən gəlirlər.

Teleqraf.com ən güclü xüsusi təyinatlıların siyahısını təqdim edir:

8. Pakistanın xüsusi təyinatlı qrupu ölkəsinda daha çox "Qara leylək" kimi tanınır. Bura əsgərlər hazırlanarkən, onlar 58 km məsafəni 12 saat ərzində qət etməlidir. Onlar həmçinin 50 dəqiqə ərzində tam geyimdə 8 kilometrlik məsafəni qaçmalıdırlar.



"Qara leylek" 2009-cü ilin oktyabrında bir qrup “Taliban” tərəfindən ələ keçirilmiş hərbi hissəni geri qaytarıb. Onlar həmçinin 39 əfqanı da hücum zamanı xilas ediblər.

7. İspan donanmasının xüsusi əməliyyatlar bölüyü Avropada ən hörmət olunan hərbi birləşmələrdən biridir. O, 1952-ci ildə yaradılıb və "alpinist-dalğıc bölüyü" adlanır.

İspan xüsusi təyinatlılarının yaşıl beretkasına yiyələnmək elə də asan deyil. Bu bölüyə qoşulmaq istəyən hərbiçilərdən 70-80 faizi bunu bacarmır.

6. Rusiyanın xüsusi təyinatlı "Alfa" qrupu dünyada ən məşhur hərbi birləşmələrdən biridir. Bu elit antiterror qrupu 1974-ci ildə DTK-nın(Dövlət Təhlükəsizlik Xidməti) himayəsi altında yaradılmışdır və hazırda Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində fəaliyyət göstərir.

2002-ci ildə Moskva teatrında girovlardan azad edilməsi zamanı terorrçularala mübarizə üçün qazdan istifadə etmişdi. Nəticədə 129 nəfər həlak olmuşdu. "Alfa"nın bu qərarı xüsusilə tənqidə məruz qalmışdı.

5. Çox az sayda hərbi birləşmələr Fransa xüsusi təyinatlı jandarmı - GIGN ilə müqayisə oluna bilər. Qrup üzvləri girov azad edilməsi sahəsində daha peşəkardırlar. 1973-cü ildən yaradılan qrupun hesabında 600-dən artıq xilas edilən girov var.

1979-cu ildə “Al-Haram” məscidini azad etmə əməliyyatı GIGN tarixinin ən parlaq nümunələrindən biridir. Müsəlman olmayanların məscidə girməyi qadağan olduğu üçün qruplaşmanın üç əməkdaşı operativ şəkildə islamı qəbul edib. Onlar bundan sonra Səudiyyə Ərəbistanın qoşunlarına qoşulublar.

4. İsrailin "Sayeret Matkal" xüsusi təyinatlıları da dünyada ən elit hərbi birləşmələrindən biridir. Onun əsas məqsədi - məlumatların toplanması, düşmənin arxa cəbhəsində fəaliyyət göstərməkdir.



2003-ci ildə israilli taksi sürücüsü Eliyahu Qurel fələstinlilər tərəfindən qaçırılıb. "Sayeret Matkal" xüsusi təyinatlıları isə onu Ramallahda 10 metr dərinliyi olan quyuda tapıb xilas edə bilib.

3. Böyük Britaniyanın xüsusi hərbi hava qüvvələri SAS adı ilə tanınır. Xüsusi təyinatlı hərbi dəniz qüvvələrinin (SBS) əkizi olan bu birləşmə quruda fəaliyyət göstərir.


Onların şüarı belə səslənir: "Kim risk edirsə, qalib gəlir". Amerikalı general Stenli Makkristal SAS haqqında bunları deyib. " İraq müharibəsində onların iştirakı çox vacib idi. Onlarsız biz bunu bacarmazdıq".

2. "Dəniz pişikləri"nin ingilis variantı olan "Boat Special Service" (SBS). Bölməyə seçiməli olan namizədlər əsasən dözümlülük, Beliz cəngəlliyində intensiv məşqlər, yaxın məsafədən döyüş və.s üzrə hazırlıqlar keçirlər. Bu qruplaşmaya qatılmaq üçün yalnız iki şans verilir. Onların ən azı 3 illik hərbi xidmət təcrübələri olmalıdır.

1. "Dəniz pişikləri" ABŞ hərbi qüvvələrinin elitar bölməsi sayılır. Onların sıralarına daxil olmaq üçün 2 dəqiqə ərzində 42 dəfə jim etmək, 2 dəqiqə ərzində 50 press etməli və 11 dəqiqə ərzində 2,5 kilometr qaçmaq lazımdır. Və bütün bunlar hələ kursa başlamamış edilməlidir.


Rüstəm


Müəllif:

Oxşar xəbərlər