Roma papası Fransisk Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Görüş iyunun 10-da Romada baş tutmalıdır.
Vatikanın görüş barədə yaydığı xəbərdə Roma Papasının Putinlə hansı məsələləri müzakirə edəcəyi ilə bağlı məlumat açıqlanmayıb.
Qeyd edək ki, bu Putinin Ukrayna münaqişəsindən sonra onun Vatikana ilk səfəri olacaq. Putin sonuncu dəfə Vatikanda 2013-cü ilin noyabrında olub.