5 İyun 2015 09:21
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Münhen şəhərində minlərlə şəxs etiraz aksiyası keçirib.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, onlar iyunun 7-8-də keçiriləcək “Böyük yeddilik” liderlərinin toplantısına etiraz ediblər.

Qeyri rəsmi rəqəmlərə görə, nümayişlərdə 23 min nəfər iştirak edib. Etirazçılar “Varlı ilə yoxsul arasındakı uçuruma son qoyaq”, “G-7 yalançılarına yox deyək” sözləri yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, toplantıda avrozonada iqtisadi böhran, Yaxın Şərq və Şimalı Afrikadakı son hadisələr müzakirə ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər