5 İyun 2015 10:07
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanada dünən axşam saatlarında baş verən partlayışda ölənlərin sayı 150-ə çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Akrada yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Vətəndaşların güclü yağışdan qorunmaq üçün stansiyaya sığındığı bildirilib.

Hadisədən sonra açıqlama verən Qana prezidenti Con Mahama ölkədə 3 günlük yas elan edildiyi deyib.

Hadisənin dəqiq səbəbləri məlum deyil.

Samir


Müəllif: