Nigeriyanın Adamava əyalətində intihar hücumu baş verib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, partlayış zamanı ən azı 25 nəfər ölüb.
Rəsmilər hadisənin əyalətin mərkəzi bazarında baş verdiyini və partlayışda 50-ə yaxın insanın yaralandığını bildiriblər.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Samir