İngiltərə Səhiyyə Departamentinin sifarişi ilə oturaq həyat tərzinin insan sağlamlığına təsirinin təhlili keçirilib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumat görə, həkimlərin fikrincə uzun müddət oturmaq ürək-damar xəstəlikləri, diabet, xərçəng, onurğa sütunu və həzm problemləri kimi ciddi fəsadlara yol aça bilər. Oturaq həyat tərzinin mənfi nəticələrini minimuma endirmək üçün həkimlər düz qamətlə işləməyi və səkkiz saatlıq iş günü ərzində ayaq üstə ən azı iki saat keçirməyi tövsiyə edirlər.
Mütəxəssislər bu tövsiyənin yerinə yetirilməsi üçün mümkün üsullar kimi liftdən istifadədən imtina edərək pilləkənlə qalxmağa, telefonla danışarkən stuldan durmağa, eləcə də iş yoldaşlarına elektron poçtdan istifadə etmədən birbaşa müraciət etməyə çağırırlar.
Rüstəm