Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Husilərə qarşı 70 gündür davam edən hava hücumları Yəməndə sülh ümidlərini artırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Yəmənin böyük hissəsini ələ keçirən Husilərin yüksək səviyyəli səlahiyyətliləri Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi sülh danışıqlarına qeyd-şərtsiz qatılacaqlarını söyləyiblər.
Plana əsasən danışıqlar iyunun 14-də Cenevrədə baş tutacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı çevrilişdən sonra ölkəsindən qaçmaq məcburiyyətində qalan Yəmən prezidenti Abdul Rabbuh Mansur Hadinin vəzifəsinə geri dönməsini istəyir,
Husilər isə buna qarşı çıxır.
Samir