AFR-in Federal Əmək Agentliyi (BA) iyunun 3-də məlumat verib ki, bu ölkədə işsizlərin sayı 2,762 milyon nəfərə qədər azalıb.
Bu da apreldə olduğundan 81 min nəfər, ötən ilin may ayı ilə müqayisədə 120 min nəfər azdır. İşsizliyin səviyyəsi 0,2 faiz bəndi azalaraq, 6,3 faiz təşkil edib. Bu, son 24 ildə may ayında qeydə alınmış ən aşağı göstəricidir.
Frank-Yurgen Vayze deyib: “Son vaxtlar iqtisadi inkişaf Almaniyada bir qədər yavaşısa da əmək bazarı yaxşı inkişaf etməyə davam edir. İctimai iaşə, kənd təsərrüfatı və tikinti sahəsində əməkdaşlara mövsümi tələbat işsizliyin səviyyəsinin azalmasının səbəblərindən biri olub. Vakansiyaların ümumi sayı da artır: bir il ərzində 75 min vakansiya artıb. Daha çox satış, logistika, metallurgiya və səhiyyə sahələrində əməkdaşlar tələb olunur.