6 İyun 2015 22:00
488

Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çin rəsmiləri axtarış-xilasedici ǝmǝliyyatlarınaa da son qoyulduğu bildiriblər.

Qeyd edǝk ki, hadisə yerində axtarış-xilasedici əməliyyat nəticəsində 14 nəfər xilas edilib. İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə qaldırılıb. Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib.

Samir


Müəllif: