Türkiyənin milli kəşfiyyat xidməti 2014-cü ilin yanvar ayında radikal yaraqlı qrupu döyüşmək üçün Suriyanın Tel-Abyade şəhərinə aparıb.
Modern.az-ın verdiyi xəbərə görə, bu haqda “Cumhiyyət” qəzet yazıb. Bu, bir həftə ərzində Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Suriyada 4 ildir davam edən müharibədə iştirakını ifşa edən ikinci məlumatdır. Xəbərdə qeyd edilir ki, əks kəşfiyyatın əməkdaşları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına məxsus yaraqlıların daşınması üçün avtobus sifariş ediblər. Bundan əlavə, Reyhanlıdan Şanlıurfa vilayətinin cənub-qərbindəki Akçakaleyə silah və digər döyüş sursatı yollayıblar.
Türkiyə Suriya ilə sərhədəki Akçakale sərhəd buraxılış məntəqəsini 2014-cü ilin yanvar ayında Tel-Abyadedə İŞİD-lə Suriya azadlıq ordusu arasında gedən qızğın döyüşlər səbəbindən bağlayıb. Ancaq buna baxmayaraq, əks-kəşfiyyat Tel-Abyadeyə yaraqlıları yanvarın 9-da keçirib ki, bu da həmin döyüşlərdə həlledici əhəmiyyətə malik olub.