ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Haydi Talyavini tutduğu vəzifədən uzaqlaşdırılması üçün quruma müraciət edib.
ANS PRESS-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə XİN-in federal departamentinin rəsmi nümayəndəsi Jan-Mark Kreuvazye bildirib.
Onun sözlərinə görə, Talyavini “yaxın zamanda mandatını bitirmək fikrindədir”.
“Hazırda xanım Talyavini bir söz demək istəmir” - deyə Jan-Mark Kreuvazye əlavə edib. Kreuvazye onu da bildirib ki, tezliklə bu barədə ətraflı məlumat veriləcək.