24 May 2014 00:12
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə etiraz dalğası səngimək bilmir.

Bir qrup etirazçını dağıtmağa cəhd göstərən polis əməkdaşlarının açdığı atəşdən yaralanan 30 yaşlı Uğur Kurdun ölümü gecə saatlarında İstanbulu yenidən qarışdırıb.

Okmeydanda üzləri maskalı yüzlərlə etirazçı yollarda barrikada qurub. Hökümət əleyhinə müxtəlif şüarlar səsləndirən etirazçılar polis texnikasını daş atəşinə tutub. Asayış keşikçiləri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.

Okmeydanında davam edən toqquşmalarda etirazçıların istifadə etdiyi pirotexnika və molotov kokteyllər nəticəsində 4-ü polis olmaqla 9 nəfər yaralanıb. Daha bir nəfər isə ətrafa səpələnən qəlpələrdən aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Beləliklə, son bir gündəki toqquşmalar iki nəfərin ölümü ilə nəticələnib.

Hal hazırkı dəqiqələrdə Okmeydanında basından vurularaq vəfat eden Uğur Kurdun cənazə mərasimi kecirilir. Bələdiyyə içşisi olan 30 yaşlı Uğur hadisələr başlayarkən həmin əraziyə bir yas mərasiminə gəlirmiş. Elə bu vaxt polisin etirazçılara açdığı atəşin təsadüfü qurbanı olub.

Cənazə mərasimindən sonra gərginliyin artacagını proqnozlasdırmaq olar./ans/


Müəllif: