8 İyun 2015 01:05
418

Türkiyədə parlament seçkilərinin ilkin nəticələri elan ediləndən sonra, koalisiya hökumətinin yaranması istisna edilmir.

İlkin məlumata əsasən Türkiyənin Ədalət və İnkişaf Partiyası 41.9% səs yığıb.

Səsvermədə Respublika Xalq Partiyası (CHP) 25.1% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb.

Qalan siyasi partiyalar ümumilikdə 4.5% səs yığıb.

Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edəcək.

Seçkilərdə əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi hesab edilir.

Əgər müxalif Xalqların Demokratik Partiyası (HDP) parlamentə keçə bilsə, AKP koalisiya hökuməti yaratmalıdır. Bununla belə, HDP istisna olmaqla bütün siyasi partiyalar AKP ilə koalisiya hökumətinin yaradılmasının əleyhinədir.

AKP-nin daxili nizamnaməsinə əsasən, partiya seçkilərdə qalib gələrsə, hakim partiyanın indiki deputatlarının 70-dən çoxu yeni hökumətin tərkibinə daxil ola bilməz. AKP-nin daxili nizamnaməsinə görə, partiya deputatlarının parlamentə 3 müddətdən artıq seçilmək hüququ yoxdur.

Həmin deputatlar arasında Baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, sabiq ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn Çelik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu var.

2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı


Müəllif:
loading...