8 İyun 2015 10:44
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada üsyançıların mövqelərinə hava hücumları təşkil edib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı 40 nəfər həyatını itirib, 100-dən çox insan isə xəsarət alıb. Ölən və yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilib. Hücumlar nəticəsində bir neçə yaşayış binası dağıdılıb.

Bundan başqa Səudiyyə Yəmən ilə sərhədində təhlükəsizliyi gücləndirmək üçün bölgəyə əlavə qüvvələr göndərib.

Samir


Müəllif:

Oxşar xəbərlər